Hülya Avşar kirayəçini məhkəmə ilə diz çökdürdü
29 sentyabr 2025 11:44 (UTC +04:00)

Hülya Avşar kirayəçini məhkəmə ilə diz çökdürdü

0

Hülya Avşar, Sarıyerin Böyükdərə məhəlləsindəki mənzili üçün kirayəçi ilə yaşadığı kirayə artımı mübahisəsini məhkəmə qərarı ilə həll edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə 6 min lirə olan kirayə haqqı zamanla 25 min lirəyə qədər qalxıb. Avşar daha yüksək artım tələb edəndə tərəflər arasında anlaşılmazlıq yaranıb.

Vasitəçilik prosesi nəticəsiz qalınca, məşhur sənətçi İstanbul Sulh Hüquq Məhkəməsinə müraciət edib. Məhkəmə qiymətləndirmədən sonra Avşarın tələbini əsaslı bilib və kirayəçinin yeni kirayə haqqını 45 min türk lirəsi təyin edib. Beləliklə, Avşar uzun müddətdir davam edən hüquqi mübarizəni qazanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar