Zəlzələyə görə bu hava limanında uçuşlar dayandı
28 sentyabr 2025 17:39 (UTC +04:00)

Zəlzələyə görə bu hava limanında uçuşlar dayandı

0

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib.

Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar