İnsanları çaşdıran  sadə bir riyaziyyat problemi virusa çevrildi
14 noyabr 2025 16:10 (UTC +04:00)

İnsanları çaşdıran sadə bir riyaziyyat problemi virusa çevrildi

0

Sosial şəbəkələrdə ilk baxışdan sadə görünən riyazi tapşırıq böyük müzakirələrə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu misal misal istifadəçiləri iki yerə bölüb.

20 – 4×3 + 12 = ?

Şərhlərdə yüzlərlə istifadəçi müxtəlif cavablar yazıb: bir qrup nəticənin 60, digərləri isə –4 olduğunu iddia edib. Lakin riyaziyyat qaydalarına əsasən düzgün cavab təkdir.

Mütəxəssislər bildirirlər ki, burada əsas məsələ əməliyyatların ardıcıllığıdır. PEMDAS qaydasına görə əvvəlcə vurma və bölmə, sonra isə toplama və çıxma əməliyyatları yerinə yetirilir.

Misalın düzgün həlli belədir:

4×3 = 12

20 – 12 + 12

20 – 12 = 8

8 + 12 = 20

Beləliklə, mübahisələrə səbəb olan misalın cavabı 20-dir.

Mütəxəssislər qeyd edir ki, bu tapşırıq sadə görünsə də, əməliyyatların ardıcıllığı pozulduqda nəticə tam dəyişir. Ona görə də bu cür misallar riyazi qaydaların nə qədər vacib olduğunu bir daha xatırladır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar