“Napoli” – “Qarabağ” oyunu üçün biletlərin satışı başlayır
14 noyabr 2025 13:11 (UTC +04:00)

“Napoli” – “Qarabağ” oyunu üçün biletlərin satışı başlayır

0

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” oyunu üçün azarkeşlərə ayrılan vauçerlər bu gün satışa çıxır.

Lent.az xəbər verir ki, biletləri əldə etmək istəyən azarkeşlər iTicket.az platforması vasitəsilə bu gün saat 15:00-dan etibarən onlayn şəkildə sifariş verə biləcəklər.

Vauçerlərin qiyməti 110 manat müəyyən edilib. İlk mərhələdə azarkeşlər yalnız vauçer alacaq, oyun gününə qədər isə rəsmi bilet sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi poçt adresindən göndəriləcək. Klub azarkeşlərə müraciət edərək e-mail ünvanlarını düzgün daxil etdiklərindən əmin olmalarını xahiş edib.

“Stadio Diego Armando Maradona” stadionunda Azərbaycan çempionunun azarkeşləri üçün 2480 yer ayrılıb. Ayrılmış sektorlar üçün giriş Gate 26 qapısından təmin olunacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” qarşılaşması noyabrın 26-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar