Göz rəngi uzun illərdir ki, insan xarakteri və davranış xüsusiyyətləri ilə əlaqələndirilən maraqlı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, qəhvəyi gözlü insanlar çox vaxt “sakit güc” adlandırılan unikal psixoloji xüsusiyyətə sahib olurlar. Bu xüsusiyyət onlara həm sosial münasibətlərdə, həm də gündəlik həyatın çətin situasiyalarında üstünlük verir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların sözlərinə görə, qəhvəyi göz sahibləri ətrafdakılara daha etibarlı, sakit və balanslı təsir bağışlayır.
Bu, təkcə xarakterlə deyil, insanların təbii olaraq qəhvəyi gözləri daha “isti” və yaxın bir görüntü kimi qəbul etməsi ilə də bağlıdır.
Mütəxəssislərin araşdırmaları göstərir ki:
Qəhvəyi gözlü insanlar çox vaxt daha inamlı və qərarlı görünürlər. Onlara emosional sabitlik və təmkinli davranış xüsusiyyəti xas olur. Sosial mühitdə tez etibar qazanırlar və konfliktlərdən yayınmağa meyilli olurlar. Qarşı tərəf qəhvəyi gözləri şüuraltı olaraq “səmimiyyət” və “dostluq” siqnalı kimi qəbul edir.
Psixoloqlar bildirirlər ki, bu “sakit güc” xüsusiyyəti insanın davranışına birbaşa təsir göstərir: qəhvəyi gözlü şəxslər stresli hallarda daha təmkinli qalır, qərarları emosional deyil, məntiqli şəkildə qəbul edirlər.
Bəzi araşdırmalara görə, qəhvəyi gözlərdəki piqmentasiya və işıq əks olunması insanı daha “sabit” və ciddi göstərir. Bu təsir sosial münasibətlərdə üstünlük yaradır və qarşınızdakı insanın sizi daha tez dinləməsinə səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, göz rəngi insanın xarakterini tam müəyyən etmir, lakin psixoloji qavrayışda və şüuraltı reaksiyalarda müəyyən rol oynaya bilər.