Maykl Ceksonla bağlı film  hazırdır -  VİDEO
14 noyabr 2025 12:56 (UTC +04:00)

Maykl Ceksonla bağlı film hazırdır - VİDEO

0

Rejissor Antuan Fukua tərəfindən çəkilən “Michael” filminin ilk tizeri yayımlandıqdan dərhal sonra internetdə böyük rezonans doğurdu.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tizerdə Maykl Ceksonun bacısı oğlu Caafar Ceksonun məşhur əmisi obrazına bənzəməsi tamaşaçıların diqqətini cəlb edib.

Film Mayklın The Jackson 5 qrupundakı uşaqlıq illərindən başlayaraq dünya səhnəsinin simvoluna çevrildiyi dövrə qədər olan həyatını əhatə edir. Layihədə Kolman Domingo (Co Cekson), Nia Lonq (Ketrin Cekson) və Juliano Krue Valdi (gənc Maykl) kimi aktyorlar yer alır.

Premyera 2026-cı il aprelin 24-də baş tutacaq.

Caafarın baş rola seçilməsi həm simvolik, həm də emosional addım kimi qiymətləndirilir - ailənin musiqi irsini təmsil edir və Mayklın daxili enerjisini tamaşaçıya çatdırmağı hədəfləyir. Tizerdə “Thriller” və “Don’t Stop ’Til You Get Enough” kimi əfsanəvi səhnələrin yenidən canlandırıldığı görünür.

Film yalnız səhnə uğurlarını deyil, həm də Mayklın uşaqlığını, şöhrətin təzyiqini və ailə münasibətlərini işıqlandıracaq. Yaradıcı heyət vurğulayır ki, bu, sadəcə bioqrafiya deyil, musiqi, istedad və dahiliyin bədəlini göstərən böyük ekran əsəridir.

“Michael” ailənin birbaşa iştirakı ilə hazırlanır və artıq 2026-cı ilin ən çox gözlənilən premyeralarından biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar