Bir çox insan yatarkən hansı paltarı geyindiyinə diqqət etmir, amma mütəxəssislər bildirirlər ki, parça növü, materialın sıxlığı və pijamanın mütəmadi yuyulub-yuyulmaması orqanizmin vəziyyətinə birbaşa təsir göstərir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlər gecə paltarı barədə 7 təhlükəni qeyd edir.
“Alt paltarsız yatmağın bir sıra üstünlükləri var. Dəri daha yaxşı nəfəs alır, infeksiya riski azalır, kişilərdə isə reproduktiv sağlamlığı dəstəkləyir. Əgər tam çılpaq yatmaq narahatlıq yaradırsa, heç olmasa pambıq və ya bambukdan hazırlanmış yüngül pijama seçmək olar.
Araşdırmalar sübut edir ki, alt paltarından imtina bədənin temperaturunu yaxşı tənzimləməyə, daha dərin yuxuya, stressin azalmasına, qan dövranının yaxşılaşmasına və intim sahəyə müsbət təsir göstərməyə kömək edir”, – mütəxəssisləri bildirirlər.
Yatarkən alt paltarı geyinməyin 7 gizli riski
Göbələk infeksiyaları və sistit riski – İsti və nəm mühit bakteriya və göbələklər üçün ideal şərait yaradır, bu da qadınlarda südəmərilik (moloçnitsa) və sidik yolları infeksiyası ehtimalını artırır.
Dəri qıcıqlanması və səpkilər – Dəri gecə regenerasiya etməlidir, amma alt paltarı bu prosesi çətinləşdirir. Tərlə birlikdə rezin və sintetik parçanın sürtünməsi qızartı və iltihab yarada bilər.
Sperma keyfiyyətinin azalması – Mütəxəssislər sübut ediblər ki, xayaların temperaturunun yüksəlməsi spermatozoid istehsalını zəiflədir. Sərbəst alt paltarı və ya alt paltarsız yatan kişilərdə məhsuldarlıq göstəriciləri daha yüksəkdir.
Ventilyasiyanın olmaması – Havanın dövranı məhdudlaşanda dəri “nəfəs ala bilmir”, bu isə məsamələrin tıxanmasına, pis qoxuya və iltihaba səbəb ola bilər.
Yuxunun pozulması – Dar və narahat geyim yuxuda rahatlanmağa mane olur: alt paltarı sıxır, bükülür, dərini sürtür və insanı gecəboyu oyadır.
Göbələk xəstəlikləri riski – Gün ərzində geyindiyiniz paltarla yatmaq göbələk infeksiyasına yoluxma ehtimalını artırır.
Sintetikanın hormonal sistemə təsiri – Sintetik parçalar çox vaxt kimyəvi maddələrlə işlənir, bunlar isə dəri vasitəsilə bədənə keçərək hormonal balansı poza bilər.
Sağlam yuxu üçün 5 məsləhət
Yatmazdan əvvəl duş qəbul edin ki, dəridəki bakteriyalar azalsın.
Pambıq və ya bambukdan hazırlanmış sərbəst pijama seçin.
Həftədə bir neçə dəfə alt paltarsız yatmağa çalışın.
Pijamanı hər gün dəyişin.
Çarpayı dəstini ən azı həftədə bir dəfə yuyun.