Özcan Denizdən ŞOK açıqlama:  "Bir daha məni görməyə bilərsiniz"
29 sentyabr 2025 16:29 (UTC +04:00)

Özcan Denizdən ŞOK açıqlama: "Bir daha məni görməyə bilərsiniz"

0

Müğənni və aktyor Özcan Deniz İstanbulda verdiyi konsertdə səhnədən səsləndirdiyi sözlərlə diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, sənətçi tamaşaçılara müraciətində bildirib:

"Hayat məni heç istəmədiyim bir yerə doğru aparır. Arzuolunmaz şeylərin baş vermə ehtimalı yüksəkdir. Bir daha məni görə bilməyə bilərsiniz. Əgər bir daha görüşə bilməsək, 30 il boyunca mənə dəstək olduğunuz üçün sonsuz təşəkkür edirəm".

Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub və sənətçinin musiqi karyerasını dayandıracağı ilə bağlı suallar doğurub.

Qeyd edək ki, Özcan Deniz illər əvvəl qardaşı Ercan Denizin götürdüyü bank kreditlərinə zamin olub. Qardaşının borclarını ödəməməsi səbəbindən sənətçinin əmlakına və gəlirlərinə həbs qoyulub.

Vəkili bildirib ki, bank əvvəlcə Ercan Denizə məxsus girovlu daşınmazlara müraciət etməli idi, lakin birbaşa olaraq zəmanətçi kimi Özcan Denizə qarşı icra tədbirləri görüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar