Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib.
Lent.az-ın xəbərinə görə, qurultayda AMİP-in Qurucu lideri Etibar Məmmədovun qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilib, daha sonra müvafiq hesabat çıxışları olub.
Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib. Səsvermə nəticəsində Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib.