Millinin futbolçusu cümə namazında
29 sentyabr 2025 15:24 (UTC +04:00)

Millinin futbolçusu cümə namazında

0

"Beşiktaş"ın və Türkiyə milli komandasının futbolçusu Orkun Kökçü cümə namazı qılarkən fotokamera qarşısına keçib. Kökçünün duasının görüntüləri sosial mediada böyük səs-küyə səbəb olub. Səmimi görüntülərə pərəstişkarları böyük maraq göstərib, bir çox istifadəçi Kökçüyə dəstək ifadə edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  bir çox istifadəçi “Afərin”, “Nümunəvi duruş”, “Həm xarakter, həm də futbolçu” kimi şərhlərlə Kökçüyə dəstək olduqlarını bildirib.

"Beşiktaş"ın əsas yarımmüdafiəçisi Orkun Kökçü bu mövsüm indiyədək 9 oyunda meydana çıxıb və bu 2 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar