Sentyabrın ortaları üçün BƏD PROQNOZ:  Yeri maqnit qasırğaları  bürüyəcək
15 sentyabr 2025 15:56 (UTC +04:00)

Sentyabrın ortaları üçün BƏD PROQNOZ: Yeri maqnit qasırğaları bürüyəcək

0

Sentyabrın ortalarında günəş aktivliyinin yeni dalğası gözlənilir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər 2025-ci il sentyabrın 15-dən 20-dək meteohəssas insanların rifahına təsir edə biləcək maqnit qasırğalarını proqnozlaşdırırlar. 

Bu günlərdə xüsusilə ürək-damar sistemində problemi olanlar üçün təzyiq dalğalanmaları, baş ağrıları və yorğunluq mümkündür.

Maqnit qasırğası proqnozu

15 sentyabr, bazar ertəsi - elm adamları planetdəki bir çox insanın sağlamlığının pisləşməsinə səbəb ola biləcək qırmızı səviyyəli Kr-5 maqnit qasırğasını proqnozlaşdırırlar.

16 sentyabr, çərşənbə axşamı - Kp-4 səviyyəsində mülayim qasırğalar gözlənilir, meteohəssas insanların səhhətinin qısamüddətli pisləşməsi mümkündür.

17 sentyabr, çərşənbə - aktivlik azalacaq, Kp-3-4 səviyyəsi, ciddi nəticələr proqnozlaşdırılmır.

18-19 sentyabr - Kp-4 səviyyəsində geomaqnit pozğunluqları yenidən, xüsusən də gecə mümkündür.

20 sentyabr - maqnitosfer sabitləşəcək, qasırğalar ehtimalı azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar