Qəzada 3 oğlunu itirən ana infarktdan öldü
30 oktyabr 2025 17:58 (UTC +04:00)

Qəzada 3 oğlunu itirən ana infarktdan öldü

0

Türkiyədə 3 oğlu qəzada ölən ana infarkt keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bir neçə gün əvvəl Aksaray rayonunun Eskil qəsəbəsindəki yol qəzasında 3 oğlunu itirən 65 yaşlı ana Vəsilə Çiracı evdə infarkt keçirib. Qadın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin qəzada minik avtomobili yük avtomobilinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü – 35 yaşlı Azmi, sərnişinləri olan qardaşları – 33 yaşlı Saleh və 23 yaşlı Tamer Çiracı hadisə yerində ölüblər. Hadisədən 1 həftə əvvəl də Azmi Çiracının 16 yaşlı oğlu işlədiyi mebel sexində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar