Bakıda həyat yoldaşına  işgəncə verən ər  həbs edildi - YENİLƏNİB
30 oktyabr 2025 19:55 (UTC +04:00)

Bakıda həyat yoldaşına işgəncə verən ər həbs edildi - YENİLƏNİB

0

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində saxlanılan Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

28 oktyabr, saat 18:29

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2178

Oxşar yazılar