Bakıda məşhur restoranda DAVA:  mühafizəçinin qolunu dişlədi
30 oktyabr 2025 19:23 (UTC +04:00)

Bakıda məşhur restoranda DAVA: mühafizəçinin qolunu dişlədi

0

Bakının mərkəzində restoranda insident törədən həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Yaban” restoranında qeydə alınıb.

37 yaşlı Sadiq Əsədov (ad və soyad şərtidir) restoranda uca səslə nalayiq sözlər işlədərək, asayişi pozub. Bu zaman müdaxilə edən polisə əməkdaşlarına tabe olmayıb. Əksinə restoranın mühafizəçisinin qolunu dişləyib.

Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Şahid qismində dindirilən “Yaban” restoranının administratoru deyib ki, şəxs sərxoş olub və xanım müştərilərə sataşıb:

“Bu zaman ona yaxınlaşıb sakitləşdirməyə çalışdım. Lakin məni təhqir edərək, əl-qol atmağa başladı. Amma imkan vermədim məni vursun. Daha sonra ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən bölməyə aparıldıq”.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. O, əməlindən peşman olduğunu və məhkəmədən barəsində həbslə bağlı olmayan tədbir görülməsini xahiş edib.

Səbail rayon Məhkəməsində hakim Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə Sadiq Əsədov barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar