Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
Lent.az İslam Rzayev haqqında bioqrafiyanı təqdim edir.
- İslam Rzayev kimdir?
İslam Vahid oğlu Rzayev Azərbaycan Respublikasının dövlət məmurudur və uzun illər müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb. 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və YAP üzvüdür.
- İslam Rzayev nə vaxt və harada anadan olub?
İslam Rzayev, 1965-ci ildə Göyçay rayonunda anadan olub.
- İslam Rzayev hansı təhsilə malikdir?
1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
- İslam Rzayev əmək fəaliyyətinə harada və necə başlayıb?
Azərbaycan Dövlətinin maliyyə strukturunda karyerası başlayıb - 1988-ci ildə Göyçay Rayon Maliyyə İdarəsində böyük iqtisadçı olaraq əmək fəaliyyətinə start verib.
- Daha sonra hansı vəzifələrdə çalışıb?
İslam Rzayev Azərbaycan Respublikası Vergilər Nazirliyinin Göyçay rayonu, Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini olub, “Azəriqaz” QSC-də baş mütəxəssis kimi çalışıb, Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində 2007–2011-ci illərdə rəis müavini vəzifəsini icra edib.
- İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə nə vaxt təyin olunub?
İslam Rzayev 18 may 2011-ci ildə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
- İslam Rzayevin partiya mənsubiyyəti varmı?
Bəli, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
- İslam Rzayevin ailəsi haqqında məlumat varmı?
Ailəlidir və 3 övladı var.
- İslam Rzayevin qızı kimdir?
İslam Rzayevin qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.
- İslam Rzayevlə bağlı son xəbərlər nələrdir?
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.