Bu 5 qidanı uşaqlara  vermək olmaz
30 oktyabr 2025 18:12 (UTC +04:00)

Bu 5 qidanı uşaqlara vermək olmaz

0

Rafinə olunmuş şəkər, yağlar və əlavələr uşaqlarda diabet riskini artırır. Həkimlər valideynləri xəbərdar edir. Adətən valideynlər bəzi məhsulları təhlükəsiz və uşaq menyusuna uyğun hesab etsələr də, onlar əslində sağlamlığa ciddi zərər vura bilər.

Lent.az xarici mediaya istinadla uşaqların qidalanmasında uzaq durulmalı olan TOP-5 məhsulu açıqlayıb.

Niyə bu məhsullar təhlükəlidir?

Araşdırmalar göstərir ki, çox şəkər, trans-yağ və kimyəvi əlavələr diqqət pozğunluğu, piylənmə, erkən xroniki xəstəliklər və hətta uşaqlıq diabetinə səbəb ola bilər. Buna görə valideynlər menyunu daha diqqətlə seçməlidir.

Bu məhsullardan çəkinin

Şirələr

Paketlənmiş hətta “şəkərsiz” və “uşaqlar üçün” etiketli şirələr belə əksər hallarda çox şəkər ehtiva edir. Onların tərkibində vitamin olsa da, lif yoxdur və şəkərin miqdarı səbəbindən orqanizmə faydadan çox ziyan vurur. Ən yaxşı seçim uşağa təzə meyvə verməkdir.

Yoqurtlar

Təbii yoqurt faydalıdır, amma mağaza məhsullarının çoxu şəkər, dadvericilər və konservantlarla doludur. Ən düzgün seçim qatqısız, qısa saxlanma müddəti olan təbii yoqurtdur. 2 yaşdan yuxarı uşaqlar üçün bal və təzə meyvə ilə dadlandırmaq olar.

Qranola, qarğıdalı dənələri və hazır səhər yeməkləri

Uşaqlar bu məhsulları dadına görə sevir, amma tərkibində çox şəkər və kimyəvi maddələr olur. Sağlam alternativ yumurta, bütöv taxıllı tost və ya yulaf sıyığıdır.

Toyuq naqqetsi

Fast-fud naqqetslərində trans-yağlar və müxtəlif əlavələr olur. Uşağınız onları çox istəyirsə, evdə hazırlayın: fileti doğrayın, yumurta və unla çörəkləyin, yağda qızartmaq əvəzinə sobada bişirin.

Sürətli hazırlanan əriştə (instant vermişel)

Bu növ əriştə yalnız duz və yağla zəngin deyil, həm də hormon sisteminə təsir edən zərərli kimyəvi maddələr ftalatlar ehtiva edə bilər. Daha sağlam seçim bütöv taxıllı makaron, göyərti və az miqdarda pendir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar