Bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırdı - MƏHKƏMƏDƏN VİDEO
30 oktyabr 2025 18:30 (UTC +04:00)

Bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırdı - MƏHKƏMƏDƏN VİDEO

0

Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandıran Məhərrəm Hüseynzadənin məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

Məhkəmə istintaqının başlanılması haqda qərar qəbul olunub.

Prokuror ittiham aktını elan edib.

İttiham aktına əsasən, bu il mayın 29-ı gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, ora bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda gələrək, səs-küy yaradıb.

Bina sakinləri narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

 Elan olunmuş ittiham üzrə Məhərrəm Hüseynzadə özünü təqsirli bilməyib.

 Məhkəmə qərara alıb ki, təqsirləndirilən şəxsin sərbəst ifadəsi növbəti dəfə dinləniləcək.

 Məhkəmə iclası növbəti tarixə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar