Bakı məktəbində şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT  - YENİLƏNİB
30 oktyabr 2025 16:14 (UTC +04:00)

Bakı məktəbində şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 38 nömrəli tam orta məktəbə məxsus olduğu bildirilən jurnalda şagirdlərə 1 ay boyunca qayib yazılıb.

Sözügedən məsələ ilə bağlı məktəbdən Lent.az-ın sorğusuna bildirilib ki, bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinfin müəllimləri ilə maarifləndirmə işi aparılıb:

"2025-2026-cı tədris tədris ilindən etibarən paytaxt üzrə digər ümumtəhsil müəssisələrində olduğu kimi 38 nömrəli tam orta ümumtəhsil məktəbində də elektron jurnallar tətbiq olunur. Təhsilalanların qiymətləndirməsi və digər müvafiq qeydlər "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.

Bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinfin müəllimləri ilə maarifləndirmə işi aparılıb. Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədinin qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarət olduğu bir daha diqqətə çatdırılıb. 

Qeyd edək ki, rəqəmsal platformada şagirdlər dərs cədvəllərini izləyə, valideynlər istədikləri zaman övladlarının qiymətləri ilə tanış ola bilirlər". 

***

14:50

Bakı məktəbində şagirdlərə 1 aydır ki, qayib yazılır.

Lent.az xəbər verir ki, qayiblər ənənəvi kağız jurnala qeyd olunub.

Məlumata görə, həmin jurnal Yasamal rayon Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur.

Onların neçənci sinif şagirdləri olduqları bəlli olmasa da, jurnalda “Coğrafiya” və “İnformatika” fənnləri üzrə şagirdlərin sentyabr-oktyabr ayındakı davamiyyətləri qeyd olunub. Şəkillərdən aydın olur ki, şagirdlərin 90%-dən çoxu həmin dərslərdə 1 ay müddətində iştirak etməyiblər.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1002

Oxşar yazılar