Bulvarda qadın və kişi dənizə düşdü - VİDEO
30 oktyabr 2025 17:49 (UTC +04:00)

Bulvarda qadın və kişi dənizə düşdü - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 27 yaşlı Şıxəliyeva Tavat Baxşeyiş qızı və 28 yaşlı Şıxəliyev Dünyamin Salam oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar