Rusiyada əksəriyyət məcburi ayıq  olmalıdır, alkoqol 21 yaşdan yuxarı olanlara satılacaq
30 oktyabr 2025 11:26 (UTC +04:00)

Rusiyada əksəriyyət məcburi ayıq olmalıdır, alkoqol 21 yaşdan yuxarı olanlara satılacaq

0

Rusiyalı deputatlar Mərkəzi Federal Dairənin bir neçə regionunda vətəndaşlara yeni məhdudiyyətlər nəzərdə tutan federal qanunu dəstəkləyiblər.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, məcburi ayıqlıq bütün ölkəni əhatə edəcək — Rusiya Səhiyyə Nazirliyi hesab edir ki, spirtli içki yalnız 21 yaşdan sonra içilə bilər, çünki bu vaxta qədər beynin müəyyən hissələri tam formalaşmır: hətta bir neçə qədəh belə gənclərin düşünmə qabiliyyətinə və sosial münasibətlərinə zərər verə bilər.

Hazırda regionların qanunvericilik məclisləri yeni qanunla bağlı fikirlərini bildirirlər — bu gün bu təşəbbüs Ryazanda dəstəklənib.

Qeyd edək ki, bundan əvvəl isə Mərkəzi Federal Dairənin bir neçə vilayətində də qərar təsdiqlənmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar