Dünən vəfat edən Azərbaycanın keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin dəfn olunacağı yer açıqlanıb.
Lent.az xəbər verir ki, sabiq nazir Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Mərhumun cənazəsi Təzəpir məscidindən götürüləcək.
Qeyd edək ki, O.Şirəliyev 2005-2021-ci illərdə səhiyyə naziri olub.