Kamran Əliyev Səbail prokurorluğuna tapşırıqlar verdi
03 oktyabr 2025 15:59 (UTC +04:00)

Kamran Əliyev Səbail prokurorluğuna tapşırıqlar verdi

0

Oktyabrın 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Lent.az xəbər verir ki, qəbulda 48 vətəndaş iştirak edib. Onların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlər səsləndirilib.

Bu kimi problemlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar