Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 40 yaşlı A.Nəsirovanı vurub.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)