Günəşə yağış yağır:  Planet haqqında anlayışımızı dəyişdirən  kəşf
03 oktyabr 2025 15:34 (UTC +04:00)

Günəşə yağış yağır: Planet haqqında anlayışımızı dəyişdirən kəşf

0

Günəşdə adi su damcıları ilə heç bir əlaqəsi olmayan qəribə “yağış” müşahidə olunur. Bu təbiət hadisəsi koronal yağış adlanır. Günəşin atmosferində yaranan, yüksək dərəcədə qızmış plazma axınıdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, indi alimlər onun necə formalaşdığını izah edə biliblər.

Koronal yağış nədir?

Hadisə Günəşin ən isti və ən yüksək atmosfer qatı koronasında baş verir. Burada temperatur bir milyon °C-dən çoxdur. Lakin buna baxmayaraq, bəzən burada nisbətən soyuq və sıx plazma laxtaları əmələ gəlir. Onlar günəş alovlarından (fləşlərindən) sonra yaranır və sürətlə aşağıya doğru “yağış damcıları” kimi düşürlər.

Uzun müddət alimləri maraqlandıran sual isə bu laxtaların niyə bu qədər tez formalaşması olub. Mövcud modellər bu prosesi yalnız plazmanın bir neçə saat və ya günlərlə qızdırılması halında izah edə bilirdi.

Yeni kəşf: elementlərin tərkibi dəyişir

Aparılan tədqiqatlar göstərib ki, Günəşin koronasında kimyəvi elementlərin miqdarı zamanla dəyişir. Bu isə əvvəlki fikirlərə guya oradakı tərkib daim sabit qalır. Tamamilə ziddir.

Xüsusilə, alimlər müəyyən ediblər ki, dəmir və digər elementlərin konsentrasiyası günəş alovları zamanı dəyişə bilər. Məhz bu dəyişikliklər koronal yağışın sürətli yaranmasını izah edir.

Əhəmiyyəti nədir?

Alimlərin fikrincə, bu kəşf təkcə fenomenin mahiyyətini açıqlamaqla kifayətlənmir. O, həm də Günəş koronasında gedən prosesləri daha dərindən anlamağa, ulduz atmosferində enerjinin hərəkətinə dair modellərə yeni baxış gətirir.

Bundan əlavə, əldə olunan biliklər Günəşin alovlanmaları zamanı onun davranışını daha dəqiq modelləşdirməyə imkan verir. Bu isə öz növbəsində kosmik hava proqnozlarını yaxşılaşdırmağa kömək edəcək.

Kosmik hava isə Yer üzündə peyklərin, rabitə sistemlərinin və enerji şəbəkələrinin etibarlı işləməsi üçün həyati əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar