Naxçıvanda arvadını asıb öldürənə  HÖKM OXUNDU
03 oktyabr 2025 13:12 (UTC +04:00)

Naxçıvanda arvadını asıb öldürənə HÖKM OXUNDU

0

Naxçıvanda həyat yoldaşını asaraq öldürməkdə ittiham edilən Azər İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Azər İbrahimli 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mart ayında Sədərək rayon sakini, 25 yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırma zamanı qadının əri, 33 yaşlı Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar