Bakıda FİLM KİMİ OLAY:  ögey ata kinoya çəkilən uşağa görə anasını döydü
30 sentyabr 2025 11:00 (UTC +04:00)

Bakıda FİLM KİMİ OLAY: ögey ata kinoya çəkilən uşağa görə anasını döydü

1

Bakıda ər arvadını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

39 yaşlı Sahib Gülməmmədov (soyad şərtidir) yaşadıqları evdə qeyri-rəsmi nikahlı arvadı Ayseli döyərək xəsarət yetirib. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən qadın ifadəsində bildirib ki, birinci evliliyindən olan oğlu 9 yaşlı İlkin kino çəkilişlərində aktyor kimi çıxış edir:

“Günlərin birində Sahib İlkini məndən xəbərsiz kino çəkilişinə aparıb. Bunun üstündə aramızda mübahisə yarandı. Mübahisə zamanı evdə yoldaşım məni əl və ayaq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq, xəsarət yetirdi”.

Məhkəmə istintaqı zamanı zərərçəkən qadın təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti olmadığını bildirib. Buna görə də, hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş ediblər.

Sabunçu rayon Məhkəməsində keçirilən proses zamanı cinayət işinə xitam verilib və Sahib Gülməmmədov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 714

Oxşar yazılar