İsrail İranı yenidən vura bilər - Qorxunc iddia
30 sentyabr 2025 08:56 (UTC +04:00)

İsrail İranı yenidən vura bilər - Qorxunc iddia

0

İsrail regionda silahlanma yarışını əsas gətirərək İrana qarşı növbəti dəfə hücuma keçə bilər.

APA xəbər verir ki, bunu İsrailin “Maariv” qəzetinə müsahibəsində ordunun adı açıqlanmayan məmur yüksək rütbəli şəxsi deyib.

"Yaxın Şərqdəki hadisələri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlanma yarışı və öyrənmə yarışı ilə məşğuldur. Biz bir sıra ssenarilərə hazırlaşırıq ki, bunlardan biri də İrana növbəti hücumun zəruriliyi ola bilər", - o bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlar həyata keçirib.

İranda ordunun Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, bir neçə yüksək rütbəli komandir və 9 nüvə alimi hücumlarda həlak olub.

İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar