Qətl törədən azərbaycanlılara ağır cəza  istənildi
30 sentyabr 2025 10:08 (UTC +04:00)

Qətl törədən azərbaycanlılara ağır cəza istənildi

0

Rusiyanın paytaxtı Moskvada qətl törədən azərbaycanlılara ağır cəzalar istənilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı Moskva məhkəməsində 2024-cü ilin aprelində motosikletçi Kirill Kovalyovun qətli işi üzrə təqsirləndirilənlər üçün 9,5 ildən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edib.

Qeyd edək ki, müttəhimlər yalnız cinayətin birbaşa icraçıları deyil, həm də onlara gizlənməkdə kömək edən qohumlarıdır. İttiham dərhal altı nəfərə irəli sürülüb.

İstintaqın məlumatına görə, aprelin 17-də axşam 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov avtomobilini Krasnodar küçəsindəki bir binanın qarşısında səkidə saxlayıb. 24 yaşlı yerli sakin Kirill Kovalyov ona irad bildirib. Buna cavab olaraq Abbasov ona hücum edib, döyüb, sonra isə qarnından bıçaqlayıb və hadisə yerindən qaçıb. O, Luqanska qaçmağı planlaşdırırmış.

Daha sonra təqsirləndirilənlər Rostov vilayətinin Kazanskaya kəndində tanışlarının evinə gediblər, burada isə yerli polis əməkdaşları tərəfindən saxlanılıblar.

Sonradan məlum olub ki, Moskvada saxlanılan YPX inspektoru Dmitri Bovtunov cinayət yerindən qaçan Şahin Abbasovu 30 min rubl qarşılığında azadlığa buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar