Dövlət sərhədini pozan şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xərkəzindən Lent.az-a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 24 yaşlı Əhmədi Enamullah Əbdülqafar və 23 yaşlı Taimani Cavid Muhəmmədəzim saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.