Misirdə toy zamanı Aşraf Əbu Hakam adlı bəy dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, rəqs edərkən qəfil yerə yıxılıb. Qonaqlar köməyə çalışsalar da, bəyi xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn həkimlər onun ürəyinin dayandığını bildiriblər. Onun əvvəllər ürəklə bağlı problemi olub-olmadığı açıqlanmayıb.
Araşdırma aparılır.