“Qarabağ”dan azarkeşlərə MÜRACİƏT
30 sentyabr 2025 13:29 (UTC +04:00)

“Qarabağ”dan azarkeşlərə MÜRACİƏT

0

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Danimarka klubu “Kopenhagen”lə oyundan əvvəl azarkeşlərinə müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar