Gəlin pula görə  qayınanasını öldürdü,  polisi belə aldatdı
30 sentyabr 2025 13:54 (UTC +04:00)

Gəlin pula görə qayınanasını öldürdü, polisi belə aldatdı

0

Ukraynanın İvano-Frankovsk vilayətində qadın 65 yaşlı qaynanasını qətlə yetirib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, sentyabrın 26-da saat 11 radələrində bir qadın polisə müraciət edərək Donetsk vilayətindən olan və Burştında yaşayan qayınanası ilə əlaqə saxlaya bilmədiyini deyib. Onun sözlərinə görə, qayınanası zənglərə cavab vermir və qapını açmır. Hadisə yerinə istintaq-operativ qrupu, müstəntiqlər və əməliyyatçılar göndərilib.

Mənzildə hüquq-mühafizə orqanları zorakılıq əlamətləri olan 65 yaşlı qadının meyitini aşkar ediblər. Bundan sonra istintaqa başlanılıb. Mərhumun yaxın çevrəsi yoxlanılıb, müşahidə kameralarının görüntüləri öyrənilib və şahidlər dindirilib.

Məlum olub ki, cinayəti elə mərhumun gəlini törədib. İstintaqın məlumatına görə, o, pulları ələ keçirməkdən ötrü əvvəlcədən qaynanasını öldürməyi planlaşdırıb. Qadın hətta azyaşlı oğlunu da qanunsuz hərəkətlərə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi, 6-cı bəndi (tamah məqsədilə qəsdən adam öldürmə) ittihamı elan olunub. Məhkəmə qadın barəsində həbs qətimkan tədbiri seçib.

Qadını 15 ilə qədər həbs cəzası gözləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar