Evlərdən 12 minlik qızıl  oğurlandı
25 sentyabr 2025 11:27 (UTC +04:00)

Evlərdən 12 minlik qızıl oğurlandı

0

Bakının Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar