Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu Tələbə Təhsil Kreditinin qaytarılması dövründə hansı hallarda möhlət verilməsi ilə bağlıdır.
TTK-nin qaytarılması dövründə hansı hallar baş verərsə, onun qaytarılmasına möhlət verilir və kredit müqaviləsi həmin müddət qədər uzadılır?
Lent.az xəbər verir ki, bu hallarda kreditin ödənilməsinə möhlət verilir:
Yuxarı təhsil səviyyəsində əyani təhsil, həqiqi hərbi xidmət dövrü, məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması), işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddətində möhlət verilir.