Bu ölkəni super qasırğa vuracaq
09 noyabr 2025 16:39 (UTC +04:00)

Bu ölkəni super qasırğa vuracaq

0

Filippində “Funq-Vonq” adlı super qasırğasının yaxınlaşması səbəbindən 916 min 863 nəfər təhlükəsiz rayonlara təxliyə edilib.

Lent.az xəbər verir ki, bu barədə Filippin Fövqəladə Hallar Agentliyinin rəis müavini Rafaelito Alehandro məlumat verib.

Qasıeğanın bazar günü axşam Filippini vuracağı gözlənilir. “Funq-Vonq”un qasırğasının mərkəzində küləyin sürəti saatda 230 kilometrə çatır və qasırğanın təsiri demək olar ki, bütün ölkəni əhatə edə biləcəyi gözlənilir. Proqnozlara görə, Katanduanes adası təbii fəlakətin episentrində olacaq. Katanduanes adasında artıq güclü külək və leysan yağışlar müşahidə olunur, sahil yolları su altında qalıb.

Hakimiyyət orqanları artıq fövqəladə tədbirlər görür. Luzon adasında məktəblər və dövlət idarələri bağlanıb, paytaxt Manila hava limanında 300-ə yaxın reys ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bölgədə baş verən “Kalmaegi” qasırğası 224 nəfərin ölümünə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar