Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən xəbər verilib.
Bəşirov Sənan Bəşir oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
8 noyabr, saat 17.06
Siyəzəndə yeniyetmə itkin düşüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, Siyəzən rayon sakini 17 yaşlı Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən rayon Polis Şöbəsinin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.
