Messi
09 noyabr 2025 09:45 (UTC +04:00)

Messi

Messidən növbəti -REKORD

0

Artıq futbol tarixində 400 qol ötürməsi edən oyunçu var.

Lent.az-ın xəbərinə görə, bu nailiyyət ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messiyə məxsusdur.

Argentina millisinin kapitanı Lionel Messi futbol tarixində 400 qol ötürməsi edən ilk oyunçu kimi adını yazdırıb. Bu rekord “İnter Mayami”nin MLS-in pley-off mərhələsində “Neşvill”ə qarşı keçirdiyi və 4:0 hesabı ilə qalib gəldiyi oyunda rəsmiləşib. Messi həmin qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən çox qol ötürməsini ulduz futbolçu “Barselona”da (269) reallaşdırıb. Argentina millisində 60, “İnter Mayami”də 37, “PSJ”də isə 34 asistlə yadda qalıb. 38 yaşlı Messi, 2023-cü ildən “İnter Mayami”də çıxış edir və səkkizqat “Qızıl top” sahibidir. O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionu, həmçinin 2021 və 2024-cü illərdə Amerika kubokunun, 2022-ci ildə Finallissima turnirinin və 2008-ci ildə Olimpiya oyunlarının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar