İnsanlar 25 ildən  sonra necə görünəcək?  - Kədərli taledən ilkin xəbərlər
08 noyabr 2025 16:03 (UTC +04:00)

İnsanlar 25 ildən sonra necə görünəcək? - Kədərli taledən ilkin xəbərlər

0

Müasir həyatın rahatlığı tədricən insan orqanizminə mənfi təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edir ki, “hərəkətsizlik epidemiyası” artıq reallığa çevrilmək üzrədir və bu, gələcək nəsillərin bədən quruluşunu ciddi şəkildə dəyişdirə bilər.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Gələcəyin insan modeli – Səm

Addım sayan mobil tətbiqlərdən birinin yaradıcısı olan mütəxəssislər, oturaq həyat tərzinin nəticələrinə diqqət çəkmək üçün Səm (Sam) adlı konseptual model hazırlayıblar. Bu model göstərir ki, cəmi 25 il sonra 2050-ci ilə qədər adi insanın bədəni indiki vəziyyətdən xeyli fərqli görünəcək.

Səm-in görünüşündə dərin çökük gözlər, solğun dəri, şişmiş ayaqlar və “texnoloji boyun” (ekrana baxarkən başın daim irəli əyilməsi nəticəsində yaranan deformasiya) kimi əlamətlər var. Tərtibatçılar yazır:

“Əgər qorxulu bir şey axtarırsınızsa, bu, elə gələcəyin reallığıdır — biz rahatlığı hərəkətdən üstün tutmağa davam etsək, insan bədəni bu hala gələcək.”

Müasir həyat tərzinin fiziki fəsadları

1. Artan çəki və zəif metabolizm

Az hərəkət edən orqanizm daha az kalori yandırır, maddələr mübadiləsi zəifləyir və qarın piylənməsi yaranır. Bu, obezlik, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.

2. “Texnoloji boyun” və pozanın pozulması

Uzunmüddətli oturma və başın ekrana doğru əyilməsi nəticəsində onurğa yuxarı hissədən əyilir. Bu vəziyyət xroniki boyun və çiyin ağrıları, eləcə də düzgün duruşun itməsi ilə nəticələnə bilər.

3. Oynaqların sərtliyi və hərəkətsizləşmə

Daimi hərəkət oynaqların elastikliyini qoruyur, lakin uzun müddət oturmaq oynaq qığırdaqlarının yeyilməsinə və artrit riskinin artmasına səbəb olur.

4. Ayaq və topuq şişləri, varikoz

Oturaq həyat qan dövranını zəiflədir, nəticədə topuqlarda maye yığılması, damar genişlənməsi və tromboz riski yarana bilər.

5. Erkən qocalma

Daimi ekran istifadəsi zamanı yayılan mavi işıq dəridə hiperpigmentasiya və erkən qocalma əlamətləri yaradır.

6. Saç tökülməsi və incəlmə

Xroniki stress və zəif qan dövranı nəticəsində saç follikulları zəifləyir. Qida çatışmazlığı da bu prosesi sürətləndirir.

7. Gözlərin yorğunluğu və bulanıqlıq

Ekrana uzun müddət baxmaq gözlərin qırpılma tezliyini azaldır, nəticədə qızartı, quruluq, bulanıq görmə və baş ağrısı yaranır.

8. Dərinin problemləri

Zəif qan dövranı dərinin oksigenlə qidalanmasını azaldır. Bu isə solğunluq, tünd halqalar və ekzema kimi problemlərə gətirib çıxarır.

Psixoloji və sistemik təsirlər

Ekspertlər bildirirlər ki, fiziki dəyişikliklərlə yanaşı, stress, narahatlıq, depressiya, həmçinin yüksək təzyiq və ürək-damar xəstəlikləri halları da artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar