Aldadılan ər arvadının xəyanət videosunu çəkdi, ÖZÜ CƏZA ALDI
14 oktyabr 2025 09:53 (UTC +04:00)

Aldadılan ər arvadının xəyanət videosunu çəkdi, ÖZÜ CƏZA ALDI

0

Türkiyənin Muğla şəhərində yaşayan bir kişi boşanma ərəfəsində olduğu arvadının ona xəyanət etdiyi görüntülərini çəkərək, məhkəməlik olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ər şübhələrini təsdiqləmək üçün öz avtomobili ilə onların arxasınca gedərək həyat yoldaşını və yanındakı kişini maşından düşərkən mobil telefonla çəkib.

Bu hadisə ilə bağlı kişi barəsində “şəxsi həyatın gizliliyini pozma” maddəsi ilə cinayət işi açılıb və ona 2 il 1 ay həbs cəzası verib.

Lakin qərardan verilən şikayət əsasında işi araşdıran İzmir Regional Apellyasiya Məhkəməsinin 19-cu Cinayət Kollegiyası hökmü ləğv edib və bəraət qərarı çıxarıb. Qərarda qeyd olunub ki, o, yalnız sübut toplamaq məqsədilə görüntü qeydi aparıb və həmin videonun ictimailəşdirildiyinə, paylaşılmasına dair heç bir dəlil yoxdur.

Məhkəmə qərarında vurğulanıb ki, ictimai yerdə çəkilmiş bu görüntülərin dəlil kimi əldə edilməsi “xüsusi həyatın gizliliyinin pozulması” cinayətinin tərkibini yaratmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 704

Oxşar yazılar