"Sədərək"də İNSİDENT:  xəsarət alanlar var - VİDEO
14 oktyabr 2025 09:54 (UTC +04:00)

"Sədərək"də İNSİDENT: xəsarət alanlar var - VİDEO

0

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1230

Oxşar yazılar