"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın ötən şənbə Etilerdəki bir məkandan avtomobilində iki qadınla birlikdə görüntülənib. Qadınların avtomobildə qucaqlaşması diqqət çəkib və onlardan biri Özge Ertoz Sergen Yalçınla çəkdirdiyi diqqətçəkən fotosunu paylaşımına “Sergenellam” yazıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, maşının qabaq oturacağında bir-birinin qucağında əyləşən iki qadın diqqətdən yayınmayıb. Həmin an sosial mediada “Etilərini doldurublarmı?” kimi zarafatlar yayılıb.
Viral görüntülərdən sonra avtomobildə olanlardan Özge Ertoz səssizliyini pozub. Sosial şəbəkədə Sergen Yalçınla fotosunu paylaşan Ertoz paylaşımına "Sergenellam" şərhini yazıb. Yazı qısa zamanda minlərlə bəyənmə toplayıb və sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı şərhlərə səbəb olub.