Bakı metrosunda ölən sərnişinin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, metronun “28 May” stansiyasının ərazisində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Dönməz Mehdi oğlu Bəylərov ürək çatışmazlığından ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
11 oktyabr, saat 09:34
Bakı metrosunda ölüm hadisəsi olub.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-dan məlumat verilib.
Qeyd olunub ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib.
Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.