Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 11-i saat 16 radələrində Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mağazada qeydə alınıb.
Orada yaşayan 43 yaşlı Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 16 yaşlı Rasif Xəlilov saxlanılıb.
“Bakupost”un yaydığı xəbərə görə, Ayxan Fəxrəddin oğlu Mustafayev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub və o, öz mağazasında öldürülüb.