Marketdə satılan paketlənmiş,  yoxsa qapıdan alınan inək südü? - Bu halda təhlükəlidir
13 oktyabr 2025 11:03 (UTC +04:00)

Marketdə satılan paketlənmiş, yoxsa qapıdan alınan inək südü? - Bu halda təhlükəlidir

0

Marketdə satılan paketlənmiş, yaxud evlərdən alınan inəkdən sağılan süd arasında qiymət baxımdan böyük fərq var, lakin çoxları qablaşdırmada satılan südlərin daha təmiz, inəkdən sağılan kimi satılan südün isə, daha sağlam olduğunu düşünürlər.

Bəs görəsən, hansı süd insan sağlamlığı üçün daha faydalıdır? İnəkdən sağılan südlərdən virus və xəstəlik yoluxması riski nə qədərdir?

İnfeksionist-hepatoloq həkim, Mərdan Əliyev Lent.az-a açıqlamasında bildirib ki, inəkdən sağılan südləri doğru istifadə etdikdə, zərəri olmur:

“İçiləcək süd mütləq pasterizə olunmalı, ya da ev şəraitində qaynadılmalıdır. Marketlərdə qablaşdırmada satılan südlər 60 dərəcə temperaturda bir neçə dəqiqə ərzində steril olunur, daha sonra qablaşdırılır. Lakin inəkdən birbaşa sağılan südü qaynatdıqdan sonra 1-2 dəqiqə gözləyib, içmək lazımdır.

Çiy südü niyə içmək olmaz?

Heyvan xəstə, yaxud hansısa infeksiya daşıyıcısı olarsa, bu, südə də keçir. Azərbaycanda ən çox yayılmış xəstəliklərdən biri brüselyozdur. O, süd vasitəsilə birbaşa insana keçə bilir. Bundan əlavə, virus mənşəli xəstəliklər də, insana keçir, hətta inək sağlam olsa belə, salmonellyoz, mədə- bağırsaq xəstəlikləri, ishala səbəb olan bakteriyalar südlə ötürülür. Buna görə də, qətiyyən südü çiy halda içmək olmaz. Onu ya pasterizə etmək, ya da qaynatmaq lazımdır”.

Bəs görəsən, qablaşdırmalarda satılan südlərə baxış keçirilirmi? Onlar təlimatlara uyğun paketlənir? Hansı dərəcə temperaturda saxlanılmalıdır?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Cavab gəldikdə, əlavə edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar