“Venesuela xalqı əlində silah, Respublikanın müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə hazırdır”.
Lent.az xəbər verir ki, bunu bazar günü respublikanın prezidenti Nikolas Maduro deyib.
“Rəy sorğuları göstərir ki, Venesuelalıların 90%-i respublikaya qarşı işğal və müharibə təhlükəsini rədd edir, 80-85%-i isə öz vətənləri, Venesuela torpağı uğrunda döyüşməyə hazırdır”, – Maduro deyib.