Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü M. Tağıyevanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.