Keçmiş “Mançester Yunayted” yarımmüdafiəçisi, hazırda “İnter” klubunda çıxış edən erməni əsilli futbolçu Henrix Mxitaryan, İngiltərə klubundakı illərdə Joze Mourinyo ilə münasibətlərinin çətin olduğunu etiraf edib.
Lent.az xəbər verir ki, Mxitaryan bu barədə mediaya verdiyi açıqlamada deyib:
“Mourinyoya qarşı səbrimi itirdim. Ona dedim ki, məni iki ildir tənqid edirsən, sən zibilsən! O isə cavab verdi ki, mən səni bir daha heç vaxt görmək istəmirəm..
Hər axşam mənə yazırdı: Miki, xahiş edirəm, get klubdan. Vəziyyət tamamilə dözülməz olmuşdu. Mən isə həmişə eyni cavabı göndərirdim: Əgər getsəm, uyğun komanda tapmalıyam, əks halda yayı gözləyəcəyəm. Təxminən yanvar ayında o yazdı: Miki, xahiş edirəm, get ki, mən Aleksisi gətirə bilim. Mən isə cavab verdim: Mən sənin xoşuna gəlmək üçün getmirəm. Xahiş edirəm, mənə yazma, əgər istəyirsənsə, Mino Rayola ilə danış”.
Xatırladaq ki, Joze Mourinyo “Mançester Yunayted”i 2016–2018-ci illərdə çalışdırıb. Bu müddətdə İngiltərə Liqa Kubokunu, Superkuboku və Avropa Liqasını qazanıb.