52 qram heroinə görə tutulmuşdu, edam olundu
11 oktyabr 2025 18:25 (UTC +04:00)

52 qram heroinə görə tutulmuşdu, edam olundu

0

Bu həftə Sinqapur yenidən ölüm hökmünü icra edib. 38 yaşlı malayziyalı Panir Selvam Pranthaman 52 qram heroin daşıdığı üçün asılaraq edam olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Panir 2014-cü ildə həbs edilib. Onda narkotik maddələr aşkar olunub. Ailəsi illərlə onun həyatını xilas etməyə çalışıb: vəkillər bir neçə dəfə apellyasiya şikayəti verib, hətta prezidentə əfv müraciəti göndərilib. Lakin bütün səylər nəticəsiz qalıb.

Sinqapur qanunları son dərəcə sərtdir: 15 qramdan çox heroin və ya 500 qramdan çox kannabis daşıyan şəxs ölüm cəzası ilə üzləşir.

Panir ifadəsində narkotik daşıdığını bilmədiyini deyib. Dostları onu sakit, mehriban və dindar bir insan kimi xarakterizə ediblər.

Beynəlxalq tənqidlərə baxmayaraq, Sinqapur ölüm cəzasını müdafiə etməyə davam edir. Hakimiyyət isə ölüm hökmünü ölkəni narkotiklərdən qorumağın yeganə yolu kimi görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar