Üç kişi avtomobildə boğulub öldü
11 oktyabr 2025 17:45 (UTC +04:00)

Üç kişi avtomobildə boğulub öldü

0

Rusiyanın İrkutsk vilayətindəki yanacaqdoldurma məntəqəsində üç nəfərin meyiti tapılıb. İlkin məlumatlara görə, kişilər karbon qazından boğularaq ölüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Maqistralnıy qəsəbəsində baş verib. Ölənlərin meyitləri “Lada Kalina” markalı avtomobilin içində, yanacaqdoldurma məntəqəsində aşkarlanıb. İlkin versiyaya əsasən, kişilər qapalı avtomobildə qazdan boğularaq ölüblər.

Şahidlər təcili yardım və polis çağırıblar. İlkin ehtimala görə, kişilər işlək vəziyyətdə olan avtomobildə yatıblar və nəticədə zəhərlənərək ölüblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar