Keçmiş MTN generalı  həbsdən çıxdı
11 oktyabr 2025 14:20 (UTC +04:00)

Keçmiş MTN generalı həbsdən çıxdı

1

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov azadlığa çıxıb.

Lent.az musavat.com-a istinadən xəbər verir ki, N.Şirinovun 4 il 6 aylıq cəza müddəti tam başa çatıb. O, oktyabrın 7-də 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevlə birgə həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

Ali Məhkəmənin son qərarı ilə Şirinova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 452

Oxşar yazılar